Hansı suvarma sistemlərini qururuq?
Hər sahə üçün torpaq, iqlim və bitki növünə uyğun fərdi suvarma sistemi layihələndirilir. Kartların üzərinə gətirərək hər xidmət haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Damcı suvarma
Suyu birbaşa bitkinin kök zonasına çatdırır. Su qənaəti maksimum, buxarlanma minimuma endirilir. Bağ, tarla və istixana sahələri üçün idealdır.

Yağışyağdırma ilə suvarma
Geniş açıq sahələr üçün müasir sprinkler sistemlər. Avtomatik idarəetmə ilə vaxt və su sərfiyyatı optimallaşdırılır.

Avtomatik suvarma
Park, həyət və kommersiya sahələri üçün tam avtomatik idarəolunan sistem. Vaxt sayğacı, yağış sensoru ilə işləyir.
Drenaj işləri
Drenaj sistemi ərazinin suyunu düzgün idarə edərək bataqlıq əmələ gəlməsinin, köklərin çürüməsinin qarşısını alır. Azərbaycanın hər bölgəsində icra edirik.
Yeraltı qrunt suların kənar edilməsi
Bitkilərin inkişafına mənfi təsir göstərən yeraltı qrunt sularını effektiv şəkildə kənarlaşdırmaq üçün şaquli və üfüqi drenaj sistemi quraşdırılır. "SULAMA" MMC hər növ drenaj sistemini sizə təklif edir.
Yerüstü qrunt sularının kənar edilməsi
Yağış sularının yaratdığı səthi axınları idarə etmək üçün müasir kanallar, lülə şəbəkəsi və axın sistemi qurulur. Böyük ərazilər üçün optimal həll təklif edirik.
